Bakıda üç avtomobil qəzaya uğrayıbbackend

Bakının Nəsimi rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Füzuli küçəsində qeydə alınıb.

KIA markalı nəqliyyat vasitəsini idarə edən sürücü eyni istiqamətdə olan “Toyota Prius” markalı maşını sağdan ötməyə çalışıb.

Həmin vaxt KIA-nın sürücüsü maşınını yol kənarında dayanan “Mercedes GLS” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbənin təsirindən KIA istiqamətini dəyişərək eyni yolda hərəkətdə olan “Toyota”ya da çırpılıb.

Qəza nəticəsində KIA markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.