İndoneziyada vulkanik fəaliyyətə görə 2 mindən çox insan təxliyə edilibbackend

Ölkənin şərqində yerləşən Levotobi vulkanında aktivliyin artması səbəbindən 2200-dən çox indoneziyalı müvəqqəti sığınacaqlara təxliyə edilib. Bu barədə CNA portalı məlumat yayıb.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən alınan məlumata görə, Levotobi son həftələrdə bir neçə dəfə püskürüb. Yanvarın 1-də baş verən püskürmə xüsusilə güclü olub, bu zaman vulkanik kül dağın zirvəsindən bir kilometr yarım hündürlükdə qalxıb və yaxınlıqdakı iki əraziyə təsir edib. Yerli hakimiyyət orqanları 2259 nəfəri xüsusi yaradılmış müvəqqəti sığınacaqlara təxliyə etmək məcburiyyətində qalıb. Bununla belə, evakuasiyanın daha da genişləndirilməsi ehtimalını istisna etmək olmaz.

Bundan əvvəl İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

Mğnbə: CNA