Bakıda uşaqlara işgəncə verilən sığınacağın adı BİLİNDİ – FOTObackend

Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın adı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Sevgi Evi” qadın və uşaq sığınacağıdır.

Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır.

Məsələ ilə bağlı “Report” “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.