Hərbçilərin də olduğu kater Kürdə aşıbbackend

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində gəzinti qayığı qəzaya uğrayıb.

Oxu.Az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun idarə etdiyi “Amur” tipli kater aşıb.

Belə ki, sözügedən kater altı nəfərlik olsa da, sərxoş sürücü 11 nəfər mindirib. Nəticədə qayığa su dolub və çevrilib.

Daha sonra sərnişinlər xilas edilib, xəsarət alan olmayıb.

Katerdəki şəxslər arasında hərbçilər də olub.

Faktla bağlı araşdırma başlayıb.