Sabirabadda yanmış “meyit”i tapılan biznesmen sağ imişbackend

Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus KİA markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri aparılıb.

R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.