Bakıda yaşayış binasında yanğın söndürülübbackend

Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.