Bakı-Qazax yolunda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşdu – VİDEObackend

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.

Report xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.

Baş verən qəzada VAZ-2107 markalı avtomobildə bir nəfər ölüb. Ölən şəxsin kimliyi hələ məlum deyil”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.