Ukrayna saxta sənədlərlə ölkəni tərk etməyə kütləvi cəhdlər edildiyini bildiribbackend

Hər gün 10-a yaxın kişi saxta sənədlərlə Ukraynanı tərk etməyə çalışır. Bu barədə telemarafonda Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, qaçanlar sərhədçilərə də rüşvət verməyə çalışırlar. Demçenko əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə “sərhədi qanunsuz keçmə cəhdlərini qabaqcadan ifşa etmək” məqsədilə sərhəd zonasında da fəaliyyət göstərirlər. Əsgərlikdən yayınanlar üçün ən populyar istiqamətlər arasında o, Moldova və Rumıniya ilə sərhədləri adlandırdı.

Aprelin 20-də 4 nəfərin hərbi forma geyinmiş bir şəxsin müşayiəti ilə Ukraynadan Macarıstana qaçdığı bildirilir. Ukraynanın Zakarpat vilayətində yerləşən Diyda kəndi yaxınlığında 5 nəfər dövlət sərhədini qanunsuz keçə bilib.

Mənbə: TASS