Bakıda gənc qızı avtomobil vurubbackend

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Məryəm Xanzadə qızı İlqarzadəni yolu keçərkən avtomobil vurub.

Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.