Alimlər qadınların idman etməsinin kritik olduğu yaşın adını açıqlayıblarbackend

Sidney Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, 40-50 yaş arası qadınların idman etməsi çox vacibdir. Bu dövrdə idman etmək sağlamlıq baxımından əhəmiyyətli faydalar gətirə və bədəni cavanlaşdıra bilər, hətta insanlar bu vaxta qədər illər boyu bədən tərbiyəsinə əhəmiyyət verməsələr də. Tədqiqat PLOS Medicine (PLOSMed) elmi jurnalında dərc olunub.

Ekspertlərin qənaətləri 11 mindən çox avstraliyalı qadının iştirak etdiyi layihənin nəticələrinə əsaslanır. Onlar həftədə ən azı 150 dəqiqə məşqə vaxt ayırırdılar.

“Nəticələrimiz göstərir ki, fiziki sağlamlıqla əlaqəli yaxşı həyat keyfiyyətini qorumaq üçün 40-50 yaş arasında idman əvvəlki illərdəki hərəkətsizliyi kompensasiya edir” dedi.

Mənbə: Gazeta.ru