Bakıda gənc sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıbbackend

Bakının Nəsimi rayonunda 24 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Nilufər Pərviz qızı Məmmədrzayeva yaralanıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.