Varşavada sinaqoqu yandıranlardan birinin yeniyetmə olduğu üzə çıxıbbackend

Varşavada sinaqoqu yandırmaq cəhdində şübhəli bilinən şəxs Polşa polisi tərəfindən saxlanılıb. Bu barədə RİA Novosti yazır.

Daha əvvəl naməlum şəxslər molotof kokteyli ataraq sinaqoq binasına hücum ediblər. Sinaqoqun yanındakı mağazanın əməkdaşı bildirdi ki, “üç gənc əclaf” gecə saatlarında binanı yandırmağa çalışsa da, ciddi ziyan vurmayıb.

Varşavanın Tvarda küçəsində baş verən insidentdə şübhəli bilinən 16 yaşlı Polşa vətəndaşı polis və Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb.

Mənbə: RİA Novosti