Bakıdan Qubaya işləməyə gedən fəhlələri cərəyan vurdubackend

Bakıdan Qubaya işləməyə gedən fəhlələri elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi açılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd edilir ki, evin üstünün betonlanması zamanı 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi betonqarışdıran maşının borusu ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə ilişib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölməsi, 2001-ci il təvəllüdlü Şəmistan Yusubovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.