Ağdamda sinəsinə armatur batan şəxs öldübackend

Ağdamda iş zamanı yıxılaraq sinəsinə armatur batan şəxsin xəstəxanada ölüm səbəbi məlub olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 13 may, saat 11-də 1992-ci il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub.

“Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20-də onun ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.