“Bavariya”nın futbolçusu Bundesliqadakı məğlubiyyətdən sonra az qala məşqçisi ilə dava salacaqdıbackend

“Bavariya”nın futbolçusu Coşua Kimmix Almaniya çempionatında “Bohum”a məğlubiyyətdən sonra Tomas Tuxelin köməkçi məşqçisi Zsolt Lövlə münaqişə yaşayıb. Bu barədə jurnalist Patrik Ştrasser sosial şəbəkələrdə məlumat yayıb.

Final fitindən sonra matçın 63-cü dəqiqəsində əvəzlənən Kimmix onunla qızğın mübahisəyə girərək, az qala Zsolt Lövlə dava salacaqdı.

Görüş fevralın 18-də baş tutub və 3:2 hesabı ilə “Bohum”un qələbəsi ilə yekunlaşıb. Qaliblər arasında Takuma Asano, Keven Şlotterbek və Kevin Steger (penaltidən) qol vurdu. “Bavariya”nın qollarını Camal Musiala və Harri Keyn vurub.

Mənbə: TRT Spor