Ukrayna Avropanın kifayət qədər yardım göstərə bilmədiyini açıqlayıbbackend

Konqres Ukraynaya yardımla bağlı qərarı təsdiqləməsə, Avropa dövlətləri Kiyevə ABŞ-la eyni həcmdə hərbi yardım göstərə bilməyəcək. “Ukrinform” xəbər verir ki, bunu Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.

“Başqa öhdəlikləri olan avropalı müttəfiqlər tez bir zamanda yenidən toplaşa və Ukraynanı ABŞ-ın dəstəyi kimi planlaşdırılan lazımi silahlarla təmin edə bilməz”, – Stefanişina bildirib.

Fevralın 18-də ABŞ senatoru Lindsey Graham bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya kreditlə hərbi yardım etməlidir, çünki bu ölkənin çoxlu resursları var və Amerikanın dövlət borcu 34 trilyon dolları keçib.

Mənbə: Lenta.ru