İsrail Ramazan ayında 15 mindən çox fələstinlinin Məbəd dağına çıxmasına icazə verməyəcəkbackend

İsrail hakimiyyəti müsəlmanların müqəddəs Ramazan ayı ərzində 15 mindən çox fələstinlinin Qüdsdəki Məbəd dağına çıxmasına icazə verməyəcək. TASS bu barədə İsrail hökumətindəki mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, İordan çayının qərb sahilindən olan ərəblərin Məbəd dağını ziyarət etməsinə məhdudiyyətlər qoyulub. Belə ki, dağa yalnız 60-dan yuxarı və 10 yaşdan aşağı və 15 mindən çox olmayan şəxslər buraxılacaq.

Mənbə qeyd edib ki, israilli ərəblər və Şərqi Qüds sakinləri üçün məhdudiyyətlərin tətbiqinin zəruriliyi məsələsi polis tərəfindən həll olunacaq, lakin hələlik qərar yoxdur.

Mənbə: TASS