ABŞ prezidenti Co Bayden ABŞ-ın hərbi büdcəsi haqqında 886 milyard dollar məbləğində qanun imzalayıb, Ağ Evin mətbuat xidməti xəbər verir.
ABŞ-ın rekord hərbi büdcəsi arasında Ukraynaya dəstək üçün 800 milyon dollara qədər vəsait ayrılıb.
Sənəd keçən illə müqayisədə təxminən 3% artaraq ABŞ-ın müdafiə ehtiyacları üçün ayırmaları nəzərdə tutur. ABŞ-ın milli müdafiəsi üçün təxsisatlar haqqında qanun layihəsi hər il Konqres tərəfindən qəbul edilir. Bu dəfə layihənin qəbulunun lehinə 310 qanunverici, əleyhinə isə 118 deputat səs verib.
Mənbə: A Haber

