“Beşiktaş” Çerçesovun kluba rəhbərlik edə biləcəyini açıqlayıbbackend

Sport24 xəbər verir ki, “Beşiktaş”ın idman direktoru Uçar Feyyaz rusiyalı mütəxəssis Stanislav Çerçesovun kluba rəhbərlik edə biləcəyi ilə bağlı məlumatı təsdiqləyib.

“Adlar çoxdur. Çerçesov da onlardan biridir. Tezliklə qərar verəcəyik”, – deyə Fəyyaz bildirib.

Daha əvvəl NTVSpor xəbər vermişdi ki, Fabio Kannavaro, Slaven Biliç, Xorxe Sampaoli, Frank de Bur, Ruud Van Nistelroy və Bruno Genesio da klubun baş məşqçisi postuna iddialıdır.

Mənbə: Sport24