Bayden: ABŞ NATO-nu birləşdirdi və Ukraynada Rusiyaya qarşı koalisiya qurdubackend

ABŞ prezidenti Co Bayden ABŞ-ın NATO-nu birləşdirdiyini və Rusiyanın Ukraynadakı Xüsusi Hərbi Əməliyyatına  qarşı çıxmaq üçün koalisiya qurduğunu bildirib.  Biz NATO-nu birləşdirdik və qlobal koalisiya yaratdıq – deyə Baydenin ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatındakı çıxışının mətnində deyilir.

İctimai.az xəbər verir ki, bu barədə TASS yazır.

Bundan əvvəl Co Baydenin fevralda Polşaya səfər edəcəyi bildirilirdi. Varşava onun səfərindən sonra ABŞ-dan əlavə silah istəyəcək.

Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Przydacz deyib ki, Varşava NATO-nun şərq cinahını gücləndirəcəyini gözləyir.

Mənbə: TASS

İctimai.az