Zəlzələ nəticəsində daha 2 idmançı dünyasını dəyişdibackend

7,7 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan Malatya Böyükşəhər Bələdiyyəsinin iki voleybolçusu Emincan Kocabaş və Mehmet Can Ağırbaşdan kədərli xəbər gəlib.

İctimai.az xəbər verir ki, Malatya Böyükşəhər Bələdiyyəsinin voleybolçuları Emincan Kocabaş və Mehmet Can Ağırbaş zəlzələdə həyatını itirib.

Malatya Kırçuval otelinin dağıntıları altında qalan milli voleybolçuların cəsədləri tapılıb.

Mənbə: Haber 7

İctimai.az