ABŞ 40 ölkəni Çinə casus hava şarı hadisəsi ilə bağlı məlumatlandırıbbackend

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi və diplomatlar çərşənbə axşamı günü bildiriblər ki, ABŞ yanvarın sonunda ABŞ hava məkanına daxil olan Çin casus şarı ilə bağlı 40 ölkədən olan xarici diplomatlarla Vaşinqton və Pekində brifinqlər keçirib.

İctimai.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Vendi Şerman bazar ertəsi 40 səfirlikdə 150-yə yaxın xarici diplomata məlumat verib, rəsmi bildirib ki, Pekində ABŞ səfirliyi bazar ertəsi və çərşənbə axşamı xarici diplomatları toplayıb, hava şarına dair ABŞ tapıntılarını təqdim edib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi şarı ABŞ hava məkanına ilk daxil olduqdan bir həftə sonra, şənbə günü Cənubi Karolina sahillərində vurub.

Çin bunun ABŞ hava məkanına uçan hava balonu olduğunu və “gözlənilməz, təcrid olunmuş bir hadisə” olduğunu söylyib. bu hadisəni pisləyib və ABŞ-ı həddindən artıq reaksiya verməkdə ittiham edib.

Mənbə: Reuters

İctimai.az