Onlayn video konfrans tətbiqi Zoom, işçilərinin 15 faizinin işdən çıxarılacağını açıqlayıb.
Zoom-un baş direktoru Erik Yuan işçilərə göndərdiyi mesajda şirkətin qlobal iqtisadiyyatın qeyri-müəyyənliyinə və onun müştərilərə təsirinə uyğunlaşmalı olduğunu bildirib. “Komandamızı təxminən 15 faiz azaltmaq və 1300-ə yaxın çalışqan, istedadlı həmkarımızla vidalaşmaq üçün çətin, lakin zəruri qərarı verdik” deyə Yuan. bildirib.
Zoom-un son bir neçə ildə dünya miqyasında tanınan bir marka olmaqla yanaşı, biznes və fərdlər üçün əvəzsiz əlaqə mənbəyinə çevrildiyini vurğulayan Yuan, COVID-19 epidemiyasının təsirli olduğu 24 ayda Zoom-un 3 dəfə artdığını qeyd edib.

