Bayden bildirib ki, Ukraynaya yardımdan imtina ABŞ və NATO-nun təhlükəsizliyini təhdid edirbackend

ABŞ Konqresində Ukraynaya növbəti yardım paketinin ayrılması məsələsində razılığın olmaması ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyur və NATO-ya və bütün dünyaya zərər vura bilər. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin ABŞ prezidenti Co Baydenlə Konqres üzvləri arasında görüşdən sonra verdiyi bəyanatda deyilir.

Qeyd olunur ki, ABŞ rəhbəri qanunvericilərlə onların fəaliyyətsizliyinin Ukrayna və ABŞ üçün ehtimal olunan nəticələrini müzakirə edib.

Sənəddə deyilir: “O [Bayden] Konqres tərəfindən davamlı fəaliyyətsizliyin ABŞ-ın, NATO-nun və qalan azad dünyanın milli təhlükəsizliyini təhlükə altına atdığını açıq şəkildə bildirdi. Orada bildirilir ki, Bayden Kiyevi dəstəkləmək üçün mümkün qədər tez vəsait ayırmağa çağırıb və bununla da müttəfiqlərə siqnal göndərib.

Mənbə: TASS