WSJ: Çin ÜST-ün rəsmi bildirişindən iki həftə əvvəl COVID-19-u müəyyən etdi

Çin alimləri Pekinin bu barədə Ümumdünya Səhiyyə Təşkilatına rəsmi məlumat verməsindən iki həftə əvvəl, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun strukturunu demək olar ki, tamamilə tədqiq ediblər. Bu barədə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin sənədlərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, 2019-cu il dekabrın 28-də Çin alimləri SARS-CoV-2-nin strukturunun demək olar ki, tam ardıcıllığını Amerika tərəfinə təhvil veriblər. Məqalədə deyilir ki, Pekin daha sonra Wuhandakı epidemiyanı “naməlum pnevmoniya” adlandırıb.

Həmçinin Çinin virusun strukturunu ÜST ilə yalnız 11 yanvar 2020-ci ildə paylaşdığı bildirilir. WSJ vurğulayır ki, iki həftə beynəlxalq tibb ictimaiyyətinə COVID-19-un necə yayıldığını anlamaqda və peyvənd üzərində işləməyə başlamaqda mühüm rol oynaya bilər.

Mənbə: The Wall Street Journal

Oxşar xəbərlər