Bayden İsveçin NATO-ya qəbulu məsələsində Ərdoğanla danışıbbackend

ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olmasını müzakirə etdiyini bildirib və onu problemi həll etməyə çağırıb. O, əlavə edib ki, dövlət başçıları bu mövzuda əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

ABŞ rəhbəri Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini bildirib. Bayden onu da qeyd edib ki, Türkiyə lideri dördüncü F-16 qırıcıları ilə bağlı nə isə razılaşmaq istəyir.

“Mən ona dedim ki, biz İsveçlə məsələni həll etmək istəyirik, gəlin bunu edək. Biz bir-birimizlə əlaqə saxlayacağıq” deyən Bayden jurnalistlərə açıqlamasında zəngin ilk növbədə təbrik olduğunu qeyd edib.

Mənbə: RİA Novosti