Tennisçi Cokoviç Rolan Qarrosda Kosovodakı vəziyyətlə bağlı açıqlama veribbackend

“Böyük Dəbilqə”nin 22 qat qalibi serb Novak Cokoviç Fransanın paytaxtı Parisdə keçirilən “Rolan Qarros” turnirindəki açılış oyunundan sonra siyasi açıqlama verib.

Cokoviç ilk mərhələdə amerikalı Aleksandr Kovaçeviçi 6:3, 6:2, 7:6 (7:1) hesabı ilə məğlub edib.

Serb tennisçi qələbədən sonra televiziya kamerasına belə bir yazı qoyub: “Kosovo Serbiyanın ürəyidir. Zorakılığı dayandırın”.

Mayın 29-da Kosovonun Zvecan bələdiyyəsində serb etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. NATO-nun Kosovodakı missiyasının nümayəndələri KFOR nümayişçilərə qarşı dəyənəklərdən, səs-küylü qumbaraatanlardan və gözyaşardıcı qazdan, Kosovo polisinin xüsusi bölmələri isə odlu silahdan istifadə edib. Buna cavab olaraq etirazçılar təhlükəsizlik qüvvələrinə daş və ağır əşyalar atmağa başlayıblar.

Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, Kosovonun şimalında 52 serb yaralanıb.

Mənbə: Sport.ru