ABŞ prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampın hakimiyyətə qayıtmaq üçün ölkədəki demokratik sistemi qurban verməyə hazır olduğunu iddia edib. Bu barədə TASS məlumat yayıb.
Onun fikrincə, Trampın kampaniyası Amerika və ya ABŞ vətəndaşları haqqında deyil, özü haqqındadır. Bayden hesab edir ki, eks-prezident gələcəyə deyil, keçmişə bağlıdır və hakimiyyətə sahib olmaq üçün demokratiyanı qurban verməyə hazırdır.
Bayden əlavə etdi ki, onun fərqli prezidentlik kampaniyası var. Onun fikrincə, onlar vitse-prezident Kamil Harrislə birlikdə Amerikaya fokuslanıblar.
Mənbə: TASS