İranda terror aktında əli olmaqda şübhəli bilinən şəxslər saxlanılıbbackend

İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Kirman şəhərində qəbiristanlıq yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 11 nəfəri saxlayıb. Bu barədə Tasnim agentliyi ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Kirmanda iki kamikadzenin yaşadığı ev də aşkarlanıb. Binada istifadəyə hazır partlayıcı qurğular aşkar edilib. Agentliyin məlumatına görə, saxlanılanlardan biri Tacikistan vətəndaşıdır.

İran Daxili İşlər Nazirliyi terror aktı nəticəsində 89 nəfərin həlak olduğunu bildirib. Onlardan 12-si Əfqanıstan vətəndaşı olub. Ölənlər arasında yaşı 10-dan az olan 9 uşaq, 30-u isə 18 yaşından kiçik yeniyetmə olub.

Mənbə: Haber.com