Bayden uğursuz immiqrasiya siyasətində ittiham olunurbackend

Washington Post-un köşə yazarı Mark Thiessen yazıb ki, ABŞ prezidenti Co Baydenin siyasəti ölkədə ciddi miqrasiya böhranına gətirib çıxarıb və bunun əvəzini Ukrayna ödəyir.

“Ukraynaya qarşı çıxan amerikalı sağçılar yorulmadan təkrarlayırlar: Prezident Bayden Ukraynanın sərhədlərini bizimkindən daha çox qoruyur. Və burada problem onların haqlı olmasıdır” deyə yazıb.

Məqalə müəllifi əmindir ki, Amerika lideri Birləşmiş Ştatlar tarixində “sərhəddə ən ağır böhranın” yaranmasına töhfə verib. O, həmçinin xatırladıb ki, təkcə keçən il 106 mindən çox amerikalı həddindən artıq dozada narkotik vasitələrdən ölüb, onlardan bəziləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçib.

Mənbə: Haber Global