Baydenə Konqresdə Ukraynadakı münaqişəni maliyyələşdirməkdən imtina etmək təklif edilib

Arizona ştatının respublikaçı konqresmeni Pol Qosar bildirib ki, ABŞ prezidenti Co Bayden ölkəsinin problemlərinin, o cümlədən Meksika ilə sərhəddəki nizamlanmamış vəziyyətin həllini prioritet məsələyə çevirməli, büdcə vəsaitlərini Ukrayna münaqişəsinə xərcləməməlidir, RİA Novosti xəbər verir.

“Ukraynada proksi müharibəyə bir qəpik belə xərcləmək və daha çox insanı öldürmək əvəzinə, 7 milyon pozucunun zəbt etdiyi cənub sərhədini qorumaq üçün ölkəmizə resurslar ayırmaqla Amerikanın problemlərini birinci yerə qoymaq çox dəyərli bir səy olardı. ”, – deyə siyasətçi bildirib.

Ağ Ev rəhbərinin həll etməli olduğu digər problemlər arasında Qosar ABŞ-da geniş yayılmış zorakı cinayət və narkotik ticarətini, yüksək səviyyəli evsizliyi və “səkilərdə yatan saysız-hesabsız veteranları” misal çəkdi.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər