Fransa ECOWAS-ın Nigerlə bağlı qərarlarını dəstəklədibackend

TASS xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi bildirib ki, Paris Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​konstitusiya quruluşunun bərpasına və ölkə prezidenti Məhəmməd Bazumun azadlığa buraxılmasına yönəlmiş bütün qərarlarını tam dəstəkləyir.

Nazirlikdən bildirilib ki, söhbət ECOWAS-ın dövlət və hökumət başçılarının avqustun 10-da keçirilən fövqəladə sammitində qəbul edilmiş qərarlardan gedir.

Fransa Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, icma ölkələrinin liderləri “Nigerdə ​​konstitusiya və demokratik nizamı bərpa etmək və prezident Bazumun və onun ailə üzvlərinin dərhal azad edilməsinə nail olmaq niyyətlərini təsdiqləyiblər”.

Mənbə: TASS