Baydenin impiçment işi üzrə keçmiş FTB məlumatçısı həbs edilibbackend

ABŞ-ın Los-Anceles bölgəsinin hakimi Otis Rayt II keçmiş FTB məlumatçısı Aleksandr Smirnovu həbs etmək qərarına gəlib. Bu barədə Associated Press məlumat yayıb.

Fevralın 23-də o, ABŞ prezidenti Co Baydenin oğlu Hunterin Ukraynanın “Burisma” enerji şirkəti ilə işgüzar əlaqələrində iştirakı barədə yalan məlumat verməkdə ittiham edilərək yenidən həbs edilib.

Hakimin qərarına əsasən, Smirnov məhkəmə başlayana qədər həbsdə qalacaq. Agentlik onun həbs tarixi ilə bağlı təfərrüatları açıqlamayıb. AFP-nin məlumatına görə, məhkəmə ona etimad göstərmədiyi üçün zaminə buraxılmaqdan imtina edilib.

Mənbə: Lenta.ru