Avstriya BRİKS ölkələrinin Ukrayna ilə bağlı danışıqlarda iştirakına ehtiyac olduğunu açıqlayıbbackend

Avstriya kansleri Karl Nehammer Ukrayna üzrə dünyanın müxtəlif yerlərindən, o cümlədən BRİKS ölkələrinin iştirakı ilə sülh danışıqlarının aparılmasının vacibliyini bəyan edib. O, fikirlərini X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşıb.

“Sülhə nail olmaq üçün danışıqlar lazımdır. Bunun üçün Avropa öz əks-səda kamerasından çıxmalı və BRİKS ölkələri və qlobal cənub kimi dünyanın müxtəlif yerlərindən olan əsas oyunçularla əməkdaşlıq etməlidir”, – Nehammer yazıb.

Kansler qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron tərəfindən çağırılan xüsusi sammitdə o, neytral Avstriyanın mövqeyini misal çəkib.

Mənbə: Lenta.ru