TASS agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda iqtisadi məsələlər, ərazi bölgüsü və atəşkəs mexanizmləri müzakirə olunur.
Agentliyin mənbəsi bildirib ki, “Ümumiyyətlə, bunlar iqtisadi aspektlər, ərazi məsələləri və atəşkəs mexanizmləridir”.
Fevralın 4-də Əbu-Dabidə Rusiya, Ukrayna və Amerika danışıqlar aparanlarının üçtərəfli görüşü keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Ordusu Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. ABŞ-ı danışıqlarda Prezidentin xüsusi elçisi Stiven Vitkov və Ağ Evin kürəkəni, sahibkar Cared Kuşner təmsil edir. Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovu, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu və digər rəsmi şəxsləri BƏƏ-yə göndərib.














