Belarus parlamenti Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar amnistiya haqqında qanun layihəsini qəbul edib.
Bu barədə BELTA məlumat yayıb.
Ölkənin daxili işlər naziri İvan Kubrakov bəyan edib ki, Belarusda tətbiq edilən amnistiyalar məhkumların saxlanma yerlərində davranışlarına müsbət təsir göstərir.
O xatırladıb ki, bu, artıq son beş ildə dördüncü amnistiyadır.