Alman avtomobil istehsalçısı Volkswagen (VW) 2025-ci ilin birinci rübündə əməliyyat mənfəətini 1,6 dəfə azaldıb, gəlirini 3% artırıb.
Bu barədə Bloomberg yazır.
Yüksək istehsal xərcləri və ABŞ tariflərinin təsiri səbəbindən ilin birinci rübündə şirkətin mənfəəti 40% azalıb.
Hesabat rübündə VW-nin əməliyyat mənfəəti bir il əvvəl 4,55 milyard avro ilə müqayisədə 2,87 milyard avro təşkil edib. Əməliyyat gəlirliliyi 6%-dən 3,7%-ə düşüb.