Belarus müxalifətçisi Mariya Kolesnikov jurnalist Yuri Duda verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampa onun azadlığa buraxılmasına görə təşəkkür edib və siyasi məhbus mübadiləsi məsələsini davam etdirəcəyinə ümid etdiyini bildirib.
“Bunun üçün ona yalnız təşəkkür edə bilərəm. Məni və bütün digər insanları azad etdiyinə görə. Ümid edirəm ki, bu proses dayanmayacaq. Yalnız təşəkkür edə bilərəm”, – deyə Kolesnikova bildirib.
Eyni zamanda, o, Donald Trampa borclu olmadığını vurğulayıb. Onun sözlərinə görə, Tramp müxalifətçiləri ona borclu olmaq üçün azad etməyib. Kolesnikova qeyd edib ki, siyasi məhbus mübadiləsi prosesi davam edərsə, o, buna görə ona təşəkkür etməyə davam edəcək.















