Münaqişənin həlli prosesinin bir hissəsi kimi, Ukrayna yalnız Rusiyanın sülh təşəbbüslərinə xələl gətirən “bəzi bəyanatlar” verir.
Bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.
Ondan Moskva və Kiyev arasında Türkiyənin İstanbul şəhərində gözlənilən danışıqlara münasibət bildirmək istənilib. Diplomatın qeyd etdiyi kimi, silahlı münaqişənin həlli üçün hər zaman şans var. Lakin indiki vəziyyətdə əsas sual Rusiya və Ukraynanın bundan istifadə etməyə hazır olub-olmamasıdır.
“Rusiya Federasiyası bütün imkanlardan istifadə etməyə hazırdır. Ukrayna tərəfdən isə hələlik biz yalnız bəzi bəyanatlar görürük. Üstəlik, Rusiya Federasiyasının irəli sürdüyü təşəbbüsləri sarsıdan belə xarakterli bəyanatlar”, – Rıjenkov vurğulayıb.