Ukrayna hərbçiləri Belarusla sərhəddəki ərazini minalayır.
Bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
“Cənub sərhədlərində Ukrayna tərəfi istehkam avadanlıqlarının quraşdırılmasını, eləcə də ərazisinin minalanmasını davam etdirir. Eyni zamanda planlı və kortəbii təxribatlar da həyata keçirilir”, – deyə Volfoviç bildirib.
O qeyd edib ki, ukraynalılar Belarusun sərhəd infrastruktur obyektlərini korlayır və məhv edir, həmçinin sərhədçilərə psixoloji təzyiq göstərirlər.
Dekabrın 20-də Volfoviç bildirib ki, son iki ildə NATO-nun hərbi təlimlərinin sayı üç dəfədən, onların iştirakçılarının sayı isə beş dəfədən çox artıb.
Mənbə: Sputnik
