Gürcüstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə dəvət alacaq

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın 2024-cü ildə Vaşinqtonda keçiriləcək Şimali Atlantika Alyansının sammitinə dəvət ediləcəyini bildirib.

“Məncə, Gürcüstan dəvət olunacaq və təmsil olunacaq. Hansı səviyyədə olduğunu hələ bilmirəm, amma hesab edirəm ki, Gürcüstanın dəvət olunacağına inanmaq üçün kifayət qədər əsaslar var. Dəvətin ən yüksək səviyyədə, yoxsa nazirlər səviyyəsində gələcəyini söyləmək çətindir, lakin inanıram və əminəm ki, Gürcüstan sammitdə təmsil olunacaq”, – Kolomina bildirib.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili demişdi ki, Şimali Atlantika Alyansı Avropa İttifaqından nümunə götürərək namizəd ölkələrə konkret tövsiyələr verməlidir.

Mənbə: Haber Global

Oxşar xəbərlər