Belarus və Vyetnam strateji tərəfdaşlıq qururbackend

TASS xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyanat imzalayıblar.

Mərasim dövlət başçıları arasında aparılan danışıqlardan sonra baş tutub.

Belarus və Vyetnam bir sıra digər sazişlər də imzalayıblar. O cümlədən, iki ölkənin müdafiə nazirlikləri arasında hərbi kadrların və mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın gücləndirilməsinə dair niyyət protokolu imzalanıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Vyetnam tərəfi ilə rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Belarusun Mədəniyyət Nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm Nazirliyi 2026-2028-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramını təsdiqləyib.