Britaniya immiqrasiya siyasətini sərtləşdirirbackend

Böyük Britaniyanın baş naziri Keir Starmer krallığın immiqrasiya siyasətinin sərtləşdirildiyini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

“Kvalifikasiya tələbləri diplom səviyyəsinə qaldırılacaq: “İngilis dilini bilmək tələbləri bütün immiqrantlar, o cümlədən himayəsində olanlar üçün artırılacaq”.

Yaşayış icazəsi almaq üçün tələb olunan müddət beş ildən on ilədək artacaq. Starmer əlavə edib ki, hökumət miqrant axınını azaltmaq istəyir.

Martın sonunda məlum olub ki, Böyük Britaniya sığınacaq istəməyən miqrantları Balkan ölkələrinə deportasiya etmək imkanını nəzərdən keçirir. Britaniya Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya ilə miqrantların deportasiyası imkanlarını müzakirə etmək niyyətindədir.