Belçikaya neçə ukraynalı hərbçinin təlim keçdiyi məlum olub

Belçikalı təlimatçılar ümumavropa proqramı çərçivəsində minə yaxın ukraynalı əsgərə təlim keçiblər.

Bu barədə RTBF ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Avropa proqramı çərçivəsində Belçika ordusunun 50-dən 100-ə qədər əsgəri min ukraynalıya təlim keçib.

Nəşr vurğulayır ki, Belçikada onlar sualtı minaların zərərsizləşdirilməsi üçün pilotsuz təyyarələrin sınaqdan keçirilməsi, həmçinin mərmilərin “klassik” minalardan təmizlənməsi kursları keçiblər.

Mənbə: A haber

Related Post