Bələdiyyə sədrinə sui-qəsd edən şəxs həbsdə öldübackend

Azərbaycanda məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Aydın Şahverdiyev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, A.Şahverdiyev ötən il Qubada bələdiyyə sədri və ailəsini öldürməyə cəhd etdiyi üçün həbs edilibmiş.