Beliz hökuməti İsrail səfirinin akkreditasiyasına verdiyi razılığı geri götürdüyünü açıqlayıbbackend

Mərkəzi Amerikada yerləşən Beliz hökuməti İsrailin bu ölkədəki səfirinin akkreditasiyasına verdiyi razılığı ləğv edir və onun İsraildəki fəxri konsulluğunun fəaliyyətini dayandırır. Bu barədə hökumətin saytında dərc olunmuş rəsmi məlumatda bildirilir.

Sənəddə bildirilir ki, Beliz İsraili dərhal atəşi dayandırmağa və Qəzza zolağına humanitar yüklərin maneəsiz çıxışını təmin etməyə çağırıb. Lakin İsrail Mərkəzi Amerika dövlətinin istəklərinə qulaq asmadı və milyonlarla qəzzalının əziyyətini yüngülləşdirməyə imkan vermədi.

Buna görə də Beliz hökuməti parlamentin təsdiqi ilə Xarici İşlər, Xarici Ticarət və İmmiqrasiya Nazirliyinə İsrailin təyin olunmuş səfiri Einat Kranz-Neigerin akkreditasiya müqaviləsini dərhal ləğv etməyi tapşırıb. Bundan əlavə, o, Tel-Əvivdəki Beliz fəxri konsulluğunun bütün fəaliyyətini dayandırır və onun fəxri konsulu Conatan Enavın təyinatını ləğv edir.

Mənbə: A Haber