Berbok AB-ni Qırmızı dənizdə husilərə qarşı əməliyyata ən qısa zamanda başlamasını istəyib

Almaniyanın xarici işlər naziri Annalena Bärbock bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün Qırmızı dənizdə husilərə qarşı mümkün qədər tez hərbi əməliyyat keçirməlidir. Bu barədə rus dilində “Bild Telegram” kanalı məlumat yayıb.

“Demək olar ki, hər gün Yəməndən olan husilər fərq qoymadan [münaqişədə] heç bir əlaqəsi olmayan gəmilərə hücum edir. Bu, azad naviqasiyanın mərkəzi arteriyalarından birinə və buna görə də qlobal ticarətə ziyan vurur,” Burbok bildirib.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani Qırmızı dənizi qorumaq üçün Avropa İttifaqının (Aİ) missiyasının yaradılması ilə bağlı siyasi qərarın tezliklə veriləcəyinə ümid etdiyini bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər