Borrell bildirib ki, İsrailin Qəzza zolağında HƏMAS-ı məhv etmək planı işə yaramırbackend

Avropa İttifaqının (Aİ) xarici siyasət departamentinin rəhbəri Josep Borrell bildirib ki, İsrailin Qəzza zolağında HƏMAS radikal qruplaşmasını məhv etmək planı işə yaramır. Onun sözlərini Reuters agentliyi sitat gətirir.

Borrell vurğulayıb ki, Aİ İsrailin bu məsələdə mövqeyinə baxmayaraq, Yaxın Şərqdəki münaqişənin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirməlidir.

“Onların ağlında başqa hansı həll yolları var? Bütün fələstinliləri tərk etməyə məcbur etmək? Hamısını məhv etmək?.. …Həması məhv etmələri düzgün yol deyil. Onlar nəsillər boyu nifrət hissini gücləndirirlər”, – deyə Borrell şərh edib.

Mənbə: Reuters