“Beşiktaş”ın xeyriyyə matçı üçün danışıq apardığı Azərbaycan klubu bəlli oldubackend

Türkiyə “Beşiktaş”ı Bakıda “Sabah” klubu ilə xeyriyyə oyunu keçirə bilər.

“Report”un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlama verib.

71 yaşlı mütəxəssis iki klub arasında danışıqların davam etdiyini bildirib:

“4-5 gün öncə danışdıq. Oyunun tarixi tam dəqiqləşməyib. Biz martın 21-i və ya 24-də oynamağı təklif etdik. Onlar isə matçın martın 25-də keçirilməsini istəyirlər”.