Səudiyyə Ərəbistanı hakimiyyəti Lionel Messi naminə qanunları dəyişməyə hazırdırbackend

Fransanın PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanına ildə 220 milyon avro ödəməyə hazırdır, Marca xəbər verir.

Qeyd olunur ki, argentinalını Səudiyyə Ərəbistanı çempionatından kluba transfer etmək üçün ölkə rəhbərliyi qanunlara yenidən baxmağa və maaş limitini artırmağa hazırdır.

Argentinalı ölkənin ən titullu klubu olan “Əl-Hilal”a gedə bilər. Daha əvvəl bildirilmişdi ki, “Qızıl top”un yeddiqat qalibi Xorxe Messinin atası Əl-Hilalla danışıqlar aparır və oğlundan illik 300 milyon avro maaş və iki illik müqavilə tələb edir. 

Mənbə: Fanatik

İctimai.az